Baş müəllim Mətanət Mahmudovanın açıq dərsi

6 dekabr 2016-cı il tarixində Filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının  II  kursunda Azərbaycan dilinin tədrisi kafedrasının baş müəllimi  Mahmudova Mətanətin “ Natiqliyin növləri ” mövzusunda nitq mədəniyyəti fənnindən açıq dərsi kecirilib.

Açıq dərsdə fakültə tədris  metodik  şurasının  sədri, baş müəllim Nadir Kubişev,fakültənin açıq dərslərini dinləmək üçün təhkim olunmuş Üzeyir müəllim, Azərbaycan dilinin tədrisi kafedrasının müdiri, dosent Hüseynova Gülrux və kafedranın digər əməkdaşları iştrak etdilər.