Azərbaycan dili kafedrasının əyani doktorantı Sultanova Samirənin dissertasiya işinin müzakirəsi

11.12.2018-ci il tarixdə Azərbaycan dili kafedrasının əyani doktorantı Sultanova Samirə Xəqani qızının (İxtisas: 5714.01 – “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik”) filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün  « Şərq-Qərb leksik-terminoloji paralelliyinin Azərbaycan dilinin elmi üslubunun inkişafında rolu » mövzusunda təqdim etdiyi dissertasiyanın müzakirəsi olmuşdur.

Müzakirə yüksək səviyyədə keçirilmiş, doktorantın müzakirəyə təqdim  etdiyi  dissertasiya işinin tamamlandığı və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya üzrə fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi, pedaqoji, elmi-nəzəri və praktiki əhəmiyyətə malik olduğu qeyd olunmuş  və dissertasiya işinin  müdafiə üçün Dissertasiya Şurasına təqdim edilməsi məqsədəuyğun hesab edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir