Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Səba Namazovanın açıq dərsi

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Səba Azad qızı Namazovanın Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kursunda “1960-1990-cı illərdə nəsr və dramaturgiya: Anar, Elçin, Yusif Səmədoğlu, Sabir Əhmədli, Sabir Azəri, Mövlud Süleymanlı” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Maqbet Əhmədov, Fakültə TMŞ-nın sədri, baş müəllim Nadir Kubışev və kafedra əməkdaşları iştirak etmişlər. Uğurla keçən dərs yekunda müzakirə edilmiş, müəllimin pedaqoji ustalığı, elmi savadı, fəal təlim metodlarından istifadə bacarığı yüksək qiymətləndirilmişdir.