Category Archives: TƏDBİRLƏR
Filologiya fakültəsində «Bəşəriyyəti uçuruma aparan bəla” adlı tədbir
Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində «Bəşəriyyəti uçuruma aparan bəla” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Narkomaniyanın fəsadlarına həsr olunan videoçarx nümayiş etdirilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq bəşəriyyəti böyük
Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş tədbir
Filologiya fakültəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirildi . Tədbirdə humanitar məsələlər üzrə prorektor dos.Gülsüm Fətəliyeva, Filologiya fakültəsinin dekanı dos.Zakir Ələsgərov, Xarici dillər fakültəsinin dekanı dos.Əjdər Əsgərov çıxış edərək bildirdilər ki, Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz
GDU-nun Filologiya fakültəsində Novruz şənliyi keçirildi
GDU-nun Filologiya fakültəsində Növruzun gəlişi böyük təntənə ilə qeyd edildi. Tələbələrin bəzədikləri Novruz süfrələri göz oxşayırdı. Fakültənin tələbələrinin ifa etdikləri gözəl mahnılar, səhnəciklər böyük coşqu ilə qarşılandı. Tədbirin rəsmi hissəsində sonra bütün iştiraçılar-müəllimlər, tələbələr, qonaqlar rəqsə dəvət edildilər. Şənlik yüksək əhval-ruhiyyə ilə keçdi.
“Xocalı – Zülmətdən işığa!” adlı tədbir
Xocalı faciəsi… Bu ad bizə nələri xatırlatmır?! Bu faciə nəticəsində azğın erməni faşistləri Xocalı adlı şəhəri yer üzündən sildilər. İndiyə qədər də itgin düşənlərdən və əsirlərdən 50 nəfəri barədə heç bir məlumat yoxdur. Artıq Azərbaycan xalqının tarixinə qanla yazılmış, dünyanı dəhşətə bürüyən, Xocalı soyqırımından 31 il keçir. Bu elə bir qanlı terrordur ki, bu faciəni
Tələbələrimiz “Gənclər Günü” münasibəti ilə Fəxri Fərmanla təltif olundular
Bu gün GDU-da 2 Fevral-Gənclər Günü münasibəti ilə tədbir keçirildi. Fakültəmizin tələbələrindən Mehriban İsayeva və Rüqəyya Əliyeva çıxış edərək qeyd etdilər ki, 2 feval tarixinin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyulub. 1994-cü ildə dövlət gənclər siyasətini icra
Filologiya fakültəsində tələbələrinin pedaqoji və istehsalat təcrübəsi ilə bağlı görüş keçirildi.
Filologiya fakültəsində Təcrübə və karyera şöbəsinin müdiri dos. Cabbar Qarayevin rəhbərliyi ilə fakültənin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisaslarının IV kurs tələbələrinin pedaqoji və istehsalat təcrübəsi ilə bağlı görüş keçirildi. Görüşdə dos. Cabbar Qarayev, Filologiya fakültəsinin dekanı dos.Zakir Ələsgərov, Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dilimiz kimliyimizdir” adlı elmi seminar
GDU-nun Filologiya fakültəsində Filologiya Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dilimiz kimliyimizdir” adlı elmi seminar keçirilmişdir. Elmi seminarda Azərbaycan dili kafedrasının dosenti, filologiya elmləri doktoru Yadigar Əliyev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov, tələbələrdən Abbasova Əntiqə, Əsədova Gülarə, Məmmədzadə Səma elmi məqalələrlə çıxış etmiş, Məmədova
Zəfər Gününə həsr edilmiş tədbir
Bu gün Filologiya və Xarici dillər fakültəsində Zəfər Gününə həsr olunmuş tədbir keçirildi. Zəfər Günü coşqu ilə qeyd edildi. 3 il əvvəl sentyabrın 27-dən başlayan, 44 gün davam edən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx
Müəllim və tələbələrimiz Sülh Günü ilə bağlı tədbirdə
Bu gün Gəncə Dövlət Universitetində Sülh Günü münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərovun “Azərbaycan ədəbiyyatında sülh mövzusu” adlı çıxışı maraqla dinlənildi, Filologiya fakültəsinin tələbələrindən Nigar Məmmədova “Dünyamıza sülh gərəkdir”, Aysu Cəfərova “Sülh bəşəriyyətin qurtuluşudur” başlıqlı çıxışlarında qeyd etdilər ki, bu gün müasir dünyamızda ən çox ehtiyac duyduğumuz,









