Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş tədbir

 Filologiya fakültəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirildi . Tədbirdə humanitar məsələlər üzrə prorektor  dos.Gülsüm Fətəliyeva,  Filologiya fakültəsinin dekanı dos.Zakir Ələsgərov, Xarici dillər fakültəsinin dekanı dos.Əjdər Əsgərov çıxış edərək bildirdilər ki, Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir.

Tədbirdə Filologiya fakültəsinin tələbələrindən Səma Məmmədzadə, Minayət Piriyeva, Nigar Məmmədova Ulu Öndərin keçdiyi ömür yolundan danışdılar, şeir söylədilər.