Filologiya fakültəsində tələbələrinin pedaqoji və istehsalat təcrübəsi ilə bağlı görüş keçirildi.

Filologiya fakültəsində Təcrübə və karyera şöbəsinin müdiri dos. Cabbar Qarayevin rəhbərliyi ilə  fakültənin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisaslarının IV kurs tələbələrinin pedaqoji və istehsalat təcrübəsi ilə bağlı görüş keçirildi. Görüşdə dos. Cabbar Qarayev, Filologiya fakültəsinin dekanı dos.Zakir Ələsgərov, Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev, Azərbaycan və dünya ədəbiyyatı  kafedrasının müdiri dosent Səba Namazova çıxış edərək tələbələrə Pedaqoji təcrübədə olduqları müddətdə keçəcəkləri sınaq dərsləri, hazırlanacaq sənədlər və digər məsələlər haqqında məlumat verdilər, tələbələri maraqlandıran sualları cavablandırdılar.