Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Qəribə Xəlilovanın açıq dərsi

04.12.2023-cü il tarixində   Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi  Qəribə Xəlilovanın Filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası III kursda “Uşaq ədəbiyyatı” fənnindən “40-cı illər uşaq ədəbiyyatı” mövzusunda açıq dərsi oldu. Dərsdə müharibə dövründən sonra uşaq ədəbiyyatında olan yeniliklər, Səməd Vurgun, Əhməd Cəmil, Mirvarid Dilbazinin həyat və yaradıcılığı, onların uşaqlar üçün yazdığı  şeirlər, onların məzmunu və s. barədə geniş müzakirə və sual cavab aparıldı. Tələbələr kollektiv şəkildə sual-cavabda iştirak etdilər, mövzu ilə bağlı fərdi görüşlərini bildirdilər. Açıq dərsdə   müxtəlif  slaydlardan istifadə edildi ki, bu da mövzunun mənimsənilmısinə müsbət təsir göstərdi.