Psixologiya kafedrasının baş müəllimi Şahverdiyeva Səbinə Zahid qızının Filologiya fakültəsində açıq dərsi oldu

Psixologiya kafedrasının baş müəllimi Şahverdiyeva Səbinə Zahid qızının 01.12.2023-cü il tarixində Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının I kurs tələbələrinə “Yeniyetməlik və erkən gənclik yaşı dövründə psixi inkişafın xüsusiyyətləri” mövzusunda açıq dərsi oldu. Dərs Psixologiya fənninin  bir bölməsi olan yaş psixologiyasını əhatə edirdi.

Açıq dərsdə Psixologiya kafedrasının dosenti Pakizə Məmmədova, baş müəllim Leyla Həsənova, müəllim Mirvari Rəhimova iştirak edirdi.

 Müəllim dərsə kiçik həcmli videoçarx nümayiş etdirərək tədqiqat sualı ilə başladı.Təqdiqatın sualı izah olunduqdan sonra müəllim yeniyetməlik yaşı və onun əsas xüsusiyyətləri, bu dövr haqqında klassik psixoloqların nəzəriyyələri və tədqiqat metodları haqqında məlumat verdi. Tələbələrin bu barədə hansı məlumata sahib olduqlarını soruşdu, cavablara əlavələr etdi. Sonra bu yaşda baş verən fiziki, psixi, sosial, bioloji dəyişikləri izah etdi, yaranan problemlər onun qarşısının alınması yolları barədə məlumat verdi. Erkən gənclik dövründə fiziki, psixi, sosial inkişafı, əsas fəaliyyət növünü,peşə seçimi ,valideynlərlə, yaşıdları ilə münasibəti  aydınlaşdırdı.