Afaq Yusiflinin II kurslarla online dərsi
Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Afaq Yusifli Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 2-ci kursları ilə dərs zamanı. Fənn: Azərbaycan ədəbiyyatı tarixi.
Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Afaq Yusifli Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 2-ci kursları ilə dərs zamanı. Fənn: Azərbaycan ədəbiyyatı tarixi.
Məsafələri yaxınlaşdıran dərslər. Azərbayca dili kafedrasının dosenti Gülarə Məlikova Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 1-ci kurs tələbələri ilə dərs zamanı. Fənn:Əski Azərbaycan yazısı. Kafedra müdiri professor Telman Quliyev də dərsdə iştirak edib.
Məsafələr uzaq olsa da, təhsil davam edir. Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Səba Namazova. Kafedra müdiri dosent Maqbet Əhmədov da dərsdə iştirak edir.
Xoş, pozitiv əhval -ruhiyyə ilə dərslərimiz davam edir. Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi, f.f.d.Yeganə Hüseynova Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 3-cü kurs tələbələri ilə dərs zamanı. BİZ BİRLİKDƏ GÜCLÜYÜK!
Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Afaq Yusifli. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 2 -ci kursunda Azərbaycan ədəbiyyatı tarixi fənnindən mühazirə keçmişdir.
1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan […]
Əziz tələbələr fənlər üzrə imtahan sualları səhifəmizdə yerləşdirilmişdir. Suallara baxmaq üçün səhifəmizin mühazirələr bölməsini açıb səhifənin sonuna enmək lazımdır. Orada yerlaşdirilən imtahan sualları bölməsindən hər kəs öz qrupuna və kursuna uyğun sualları oxuya bilər.
Qadınların kişilərlə bərabər hüquqlu olmaq yolunda verdiyi mübarizənin təmsili başlanğıcı olaraq, 8 Mart 1857 -ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Bu hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və […]
28 fevral 2020-ci il tarixdə Azərbaycan dili kafedrasının iclası keçirilmişdir.
28 fevral 2020-ci il tarıxdə Filologiya fakültəsi həmkarlar ittifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirildi. İclası fakültə həmkarlar ittifaqı təşkilatının sədri f.f.d. M. Məmmədova açaraq təşkilatının 70 nəfər üzvü olduğunu bildirdi. Təşkilat üzvlərindən dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İclasın sədri dos. Z. Ələsgərov yığıncaq iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış etdi. 1. Fakültə həmkarlar ittifaqı […]