Vüsal İsgəndərovun Şifahi xalq ədəbiyyatı fənnindən açıq dərsi

20 dekabr 2023-cü il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi  Vüsal İsgəndərov    Azərbaycan dili və ədəbiyyatı müəllimliyi  ixtisası 1-ci kurs tələbələrinə Şifahi xalq ədəbiyyatı fənnindən  açıq dərs keçdi. Açıq dərsdə tələbələr atalar sözləri, məsəllər və onların yaranma şəraiti, ozan aşıq yaradıcılığının təşəkkül və inkişaf tarixi, ”Kitabi-Dədə Qorqud” dastanı, tapmacaların forma və məzmun xüsusiyyətləri və s. haqqında məlumat verdilər, fikir mübadiləsi aparıldı. Müəllim dərs prosesində həm tələbələrin izahlarına əlavələr edir, həm də ona verilən sualları cavablandırırdı ki, bu da mövzunun hərtərəfli mənimsənilməsini təmin etdi. Dərs çox dolğun, əhatəli, faktların zənginliyi baxımından mükəmməl idi. Tələbələrin fəallığı yüksək səviyyədə idi.Açıq dərsdə   müxtəlif  slaydlardan istifadə edildi ki, bu da dərsin daha səmərəli keçməsinə şərait yaratdı.