Filologiya fakültəsində “Onomastikanın aktual problemləri” adlı elmi- praktik seminar

18 dekabr    2023-ci il tarixdə  Filologiya fakültəsində “ Onomastikanın aktual problemləri” adlı elmi- praktik seminar keçirildi. Tədbirdə Azərbaycan dili kafedrasının professoru filologiya elmləri doktoru Mübariz Yusifov ”Onomastik  vahidlərin öyrənilməsinin zəruriliyi” , Azərbaycan dili kafedrasının dosenti Xəlil Əliyev ” Onomastikaya aid terminlər” , Azərbaycan dili və ədəbiyyatı müəllimliyi   ixtisasının 3-cü kurs tələbəsi Səbinə Hüseynova “Onomasik vahidlrimizin  işğalına son” adlı çıxışları ilə tədbir iştirakçılarına Azərbaycan dilinin onomastikası haqqında maraqlı məlumatlar verdilər.