Dosent Afaq Yusiflinin tədqimatında “İntibah ədəbiyyatında təkralanan obrazların simulyasiyası” adlı layihə

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Afaq Xəlil qızı Yusiflinin tədqimatında   ilk dəfə olaraq Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində yeni tədris üsulu kimi  tövsiyə olunan simulyasiyadan istifadə edilərək “İntibah ədəbiyyatında təkralanan obrazların simulyasiyası” adlı  layihə reallaşdırıldı. Tədbirdə  tələbələrin təqdimatında  Nizamidə, Firdovsidə, Nəvaidə intibah məsələləri şərh edildi,  Azərbaycan intibah ədəbiyyatının ən parlaq əsərləridə yer alan ədəbi obrazlar- Şirin, Leyli, Məcnun, həmçinin Əfrasiyab, Afaq, Gül,Vis və s. obrazlar müqayisə edildi, tələbələr Azərbaycan ədəbiyyatında intibah mövzusu ilə yaxından tanış olmaq üçün tədqiqat üsuluna cəlb edildilər. Tədbirdə çıxış edən müəllimlər Nizami Gəncəvinin nəsil və şəcərəsi, onun yaradıcılığında türkçülük və azərbaycançılıq, Nizami Gəncəvi və Azərbaycan renesansı və s. mövzulardan bəhs etdilər.Nizaminin təkcə şair deyil, böyük filosof, həm də dünya mədəniyyətinə və elminə tövhələr vermiş mütəfəkkir, bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan nadir şəxsiyyət olduğu qeyd edildi. Tədbirdə  Gəncə Dövlət Universitetinin mərhum professoru filologiya üzrə elmlər doktoru, Nizami Gəncəvi  ədəbi irsinin davamçısı, Azərbaycan Respublikasının əməkdar elm xadimi Xəlil Yusiflinin dahi Nizami haqqında nitqi əks olunan videoçarx izlənildi, onun qiymətli fikirləri iştirakçılar tərəfindən maraqla dinlənildi.

 Tədbirin sonunda iştirakçılar təşəkkürnamələrlə təltif olundular və  xatirə şəkli çəkdirildi.