Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Könül Məmmədovanın açıq dərsi

07.12.2023-cü il tarixində   Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi  Könül Məmmədovanın Filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası III kursda “Mədəniyyətşünaslıq ” fənnindən “Ədəbiyyatda əxlaq mədəniyyəti” mövzusunda açıq dərsi oldu. Dərsdə əxlaqın mənşəyi, mahiyyəti, ictimai həyatda rolu, bədii ədəbiyyatın insanın mənəvi-estetik inkişafı prosesində rolu, şəxsiyyət və onun formalaşmasında  klassik əsərlərin rolu və s. barədə geniş müzakirə və sual cavab aparıldı. Tələbələr kollektiv şəkildə sual-cavabda iştirak etdilər, mövzu ilə bağlı fərdi görüşlərini bildirdilər. Açıq dərsdə  istifadə edilən slaydlar mövzunun mənimsənilmısinə müsbət təsir göstərdi.