Müəllif Arxivləri: İlkin Abbasov

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşları elmi konfransda

06.04.2018-ci ildə Azərbaycan Universitetində  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi”  mövzusunda Respublika elmi konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva açmış, prof. B.Əhmədov, prof.F.Veysəlli, prof.V.Sultanlı plenar məruzələrlə çıxış etmişlər. Gəncə Dövlət Universitetinin  Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşları dos. Afaq Yusifli və baş müəllim Yeganə […]

Davamı

Sevinc Qəmbərovanın açıq dərsi

02. 04. 2018-ci il tarixdə Azərbaycan dili kafedrasının müəllimi Sevinc Qəmbərovanın Azərbaycan dilinin tədrisi metodikası fənnidən  “İnteraktiv Təlimdə istifadə olunan üsullar”  mövzusunda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kursunda açıq dərsi dinlənilmişdir. Seminar formasında olan dərs müasir tələblərə uyğun, yeni metodda və yüksək səviyyədə təşkil edilmişdir. Dərsdə fəal metod və üsullardan, TTV və İKT-dən və  mövzuya […]

Davamı

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşları Beynəlxalq Konfransda

Gəncə Dövlət  Universitetinin Azərbaycan və  dünya ədəbiyyatı kafedrasının əməkdaşları 1 aprel 2018-ci il tarixdə  II Beynəlxalq Bakı Konfrasında uğurla iştirak etmişlər. Kafedra müdiri əvəzi dos.Afaq Yusifli, f.f.dok. Səba Namazova, baş müəllimlər Yeganə Hüseynova, Aygün Əhmədova və Aytən Muşkiyeva konfransda məruzə ilə çıxış etmiş , müzakirələrdə iştirak etmişlər. Məruzəçilər setifikatla təltif olunmuş və məqalələrinin tam mətni […]

Davamı

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşları VI Qlobal Bakı Forumunda

Martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. Forumda, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, […]

Davamı

NOVRUZ ŞƏNLİYİ

Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Filologiya fakültəsində şənlik keçirilib.  Şənlikdə humanitar məsələlər üzrə Prorektor, dosent Gülsüm Fətəliyeva, Filologiya fakültəsinin dekanı, professor Mübariz Yusifov, İqtisadiyyat fakültəsinin dekanı dosent Şahin Xurşudov çıxış edərək xalqımızın ən əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə tələbə və professor-müəllim heyətini təbrik edərək, onlara xoş […]

Davamı

Tahirə Quliyevanın Açıq dərsi

01. 03. 2018-ci il tarixində Azərbaycan dili kafedrasının dosenti Tahirə Quliyevanın Azərbaycan dilinin tədrisi metodikası fənnidən  “Azərbaycan dili dərslərinin tipləri və formaları”  mövzusunda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kursunda açıq dərsi keçirilmişdir. Mühazirə formasında olan dərs müasir tələblərə uyğun, yeni metodda və yüksək səviyyədə təşkil edilmişdir. Dərsdə müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayddan istifadə etməklə maraqlı […]

Davamı

Xocalı – qan yaddaşımız

Filologiya fakültəsində Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələri iştirak edib. Tədbir faciədə həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Giriş sözünü fakültənin dekanı professor Mübariz Yusifov söyləyib. Xocalı soyqırımının Azərbaycan tarixindəki dərin izinin silinməyəcəyi və hər zaman xatırlanacağı vurğulanıb və 1992-ci il fevral ayının […]

Davamı

20 Yanvar-Qanlı tarix

17 yanvar 2017-ci il tarixdə Filologiya fakültəsində “20 Yanvar-Qanlı tarix” adlı tədbir keçirilmişdir.  Tədbirdə çıxış edən fakültənin dekanı, professor Mübariz Yusifov qeyd etmişdir ki, 20 Yanvar hadisəsi  xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu  qarşısına silahsız,  əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. Tarixdə bənzəri olmayan bu […]

Davamı

Mənəvi sərvətlərimizin sorağında

Yanvarın 5-də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan “Mənəvi sərvətlərimizin sorağında…” adlı respublika elmi konfransı keçirilib. Konfransda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Ə.Səfərlinin orta əsrlər Azərbaycan ədəbiyyatının tanınmış tədqiqatçılarından biri olduğunu söyləyib. Qeyd edib ki, alim ilk anadilli poema olan “Dastani […]

Davamı

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ

26 dekabr 2017 ci il tarixdə filologiya fakültəsində dünya azərbaycanlılarının həmrəylik günü münasibətiylə tədbir keçirilmişdir.   Tədbirdə çıxış edən dekan müavini, baş müəllim Nadir Kıbuşev bildirib ki, 31 dekabr tarixi ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Onun sözlərinə görə, ölkədə bütün sahələrdə olduğu kimi, diaspor quruculuğunda mühüm uğurlara imza […]

Davamı