Azərbaycan dili kafedrası
Gəncə Dövlət Universitetində Azərbaycan dili kafedrası 1966-cı ildən Azərbaycan dili və onun tədrisi metodikası adı altında fəaliyyətə başlamışdır. 1966-1967-ci tədris ilindən etibarən Azərbaycan SSR Ali və Orta İxtisas Təhsil Nazirliyinin 25 oktyabr 1966-cı il tarixli, 315 №-li əmri ilə Azərbaycan dili və ədəbiyyatı kafedrası bazasında yaradılmışdır. Kafedraya dosent Hidayət Cəfərov, dosent Əli Cəfərli və professor […]