Dərsdə fəal (interaktiv) təlimin bir çox metod və üsullarından istifadə olunmuşdur. Yeri gəldikcə mövzunun daha aydın və əhatəli izahı üçün İKT və TTV müraciət edilmişdir. Mühazirə zamanı “ Kaf və Gaf hərfləri.Yazılış şəkilləri” mövzusunda hazırlanmış əyani vəsaitdən də istifadə edilmişdir. Müəllimin tədris etdiyi mövzu ilə bağlı hazırladığı slaydlar da öz yığcamlığı və dolğunluğu ilə diqqəti cəlb etmişdir. Slaydlarda dərsin mövzusu, məqsədi, istifadə olunan resurslar, ədəbiyyat və plan göstərilmişdir.