19 aprel 2019-cu il tarixdə Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə keçirilən “Gənc tədqiqarçıların elmi – praktik konfransı”nda Filologiya fakültəsinin tələbələri də iştirak ediblər. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs tələbəsi Qurbanova Türkan “Molla Pənah Vaqif yaradıcılığında xitablar” (rəhbər müəllim dos. əv. Səba Namazova), II kurs tələbəsi Gülnur Məmmədova isə “Abidələrin dilində köməkçi nitq hissələrinin tədqiqi” (rəhbər müəllim f.f.d. Aytən Əhmədova) mövzusunda məruzə ilə çıxış ediblər.