01. 03. 2018-ci il tarixində Azərbaycan dili kafedrasının dosenti Tahirə Quliyevanın Azərbaycan dilinin tədrisi metodikası fənnidən “Azərbaycan dili dərslərinin tipləri və formaları” mövzusunda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kursunda açıq dərsi keçirilmişdir. Mühazirə formasında olan dərs müasir tələblərə uyğun, yeni metodda və yüksək səviyyədə təşkil edilmişdir. Dərsdə müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayddan istifadə etməklə maraqlı faktlar əyani şəkildə tələbələrin diqqətinə çatdırlımışdır. Açıq dərsdə fakültənin dekanı, professor Mübariz Yusifov, fakültə tədris metodik şurasının sədri, baş müəllim Nadir Kıbuşev, fakültənin açıq dərslərini dinləmək üçün təhkim olunmuş dosent Zakir Əhmədov, Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyev və kafedranın digər əməkdaşları iştirak etmişlər.