NOVRUZ ŞƏNLİYİ

Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Filologiya fakültəsində şənlik keçirilib. 

Şənlikdə humanitar məsələlər üzrə Prorektor, dosent Gülsüm Fətəliyeva, Filologiya fakültəsinin dekanı, professor Mübariz Yusifov, İqtisadiyyat fakültəsinin dekanı dosent Şahin Xurşudov çıxış edərək xalqımızın ən əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə tələbə və professor-müəllim heyətini təbrik edərək, onlara xoş arzularını çatdırıblar. Tədbirdə tələbələrin Novruz atrubitlarından ibarət hazırladıqları kreativ xonçalar sərgilənərək, şənliyə xüsusi bayram ab-havası verib. Tələbələrin ifa etdikləri şeir, musiqi və bir-birindən maraqlı rəqsləri şənliyi daha da unudulmaz edib. Novruz bayramının məşhur personajları kosa və keçəl isə bayram şənliyinə xüsusi rəng qatıb.

 

 

Read more: https://sputnik.az/life/20180317/414487844/universitetde-muellimlerle-telebeler-yarisdi.html