Konfransda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Ə.Səfərlinin orta əsrlər Azərbaycan ədəbiyyatının tanınmış tədqiqatçılarından biri olduğunu söyləyib. Qeyd edib ki, alim ilk anadilli poema olan “Dastani Əhməd Hərami”ni, Qazi Bürhanəddinin “Divan”ını, Məhəmməd Füzulinin “Həqiqət üs-süəda” əsərini, Məsihinin “Vərqa və Gülşa” poemasını, “Şəhriyar” dastanını və başqalarının əsərlərini aşkarlayaraq tərtib və nəşr etdirib. Akademik İ.Həbibbəyli Ə.Səfərlinin diplomatik fəaliyyətlə də məşğul olduğunu və 1994-1998-ci illərdə Azərbaycanın İrandakı səfiri vəzifəsində çalışdığını diqqətə çatdırıb. O, alimin Azərbaycanla İran arasında elmi, mədəni və iqtisadi əlaqələrin qurulmasında önəmli rol oynadığını bildirib.
Konfransda Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru, əməkdar elm xadimi Xəlil Yusifli iştirak edib. Professor Xəlil Yusifli konfransda Əlyar Səfərli ilə birgə elmi fəaliyyətləri haqqında və onunla bağlı xatirələrindən söz açıb.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.