Fakültəmizin əməkdaşları Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri olan Əhməd Cəfəroğlunun xatirəsinə həsr olunmuş konfransda

10 dekabr 2019-cu il tarixdə Gəncə Dövlət Universitetində  Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri, məşhur türkoloq, ədəbiyyatşünas, şərqşünas və dilçi professor, araşdırmaları ilə təkcə Türkiyədə yox, eləcə də Avropada şöhrətlənən filologiya elmləri doktoru Əhməd Cəfəroğlunun xatirəsinə həsr olunmuş konfrans keçirilmişdir. 1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra Əhməd Cəfəroğlu da da bir çox millətçi vətənpərvərlər kimi Türkiyəyə mühacirət etmək məcburiyyətində qalmış  və ömrünün sonuna qədər qardaş ölkədə yaşamışdır.  

Konfransada Türkiyədən gəlmiş qonaqlar-Əhməd  Cəfəroğlunun  qızı Nazan Ölçer,alimin  tələbələri, Əhmət Cəfəroğlunun ədəbi irsini araşdıran tədqiqatçıların,  həmçinin Filologiya fakültəsinin əməkdaşlarından   Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dos. əvəzi, f.f.d. Səba Namazova  vəAzərbaycan dili kafedrasının baş müəllimi Fatma Saralovanın   çıxışları dinlənildi . Sonda çıxışçılara  sertifakt verildi və Əhməd Cəfəroğlunun ədəbi irsindən bəhs edən kitab bağışlandı.