Aytən Əhmədovanın “Azərbaycan dilindən praktikum” adlı dərs vəsaiti işıq üzü görüb.

Azərbaycan dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru
Aytən Arzulla qızı Əhmədovanın “Azərbaycan dilindən praktikum” adlı dərs vəsaiti işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış 288
səhifədən ibarət dərs vəsaitinin elmi redaktoru prof. T.Quliyev, rəyçilər prof. M.Yusifov, prof. M. Hüseynov, f.e.d. Y.Əliyevdir.
Dərs vəsaiti bakalavr pilləsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi
ixtisası üçün nəzərdə tutulmuşdur. Vəsaitdə məqsəd müasir Azərbaycan dilinin ümumi məsələlərini praktik vərdişlərə çevirmək bacarığı aşılamaqdır. Bunu nəzərə alaraq, vəsaitdə Azərbaycan dilinin “Fonetika”, “Leksikologiya”, “Morfologiya” və “Sintaksis” şöbələri haqqında qısa nəzəri məlumatlarla yanaşı, uyğun çalışmalar, testlər və mətnlər üzərində işlər verilmişdir.
Vəsaitdən ali məktəbin tələbələri ilə yanaşı bu sahədə çalışan mütəxəssislər də istifadə edə bilər.