AZƏRBAYCAN DİLİ KAFEDRASININ BAŞ MÜƏLLİMİ MEHRİBAN MƏMMƏDOVANIN AÇIQ DƏRSİ KEÇİRİLİB

22 noyabr 2016 cı il tarixində Azərbaycan dili kafedrasının baş müəllimi Məmmədova Mehribanın  Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 2-ci kursunda Müasir Azərbaycan dili fənnindən  “Fonetik söz yaradıcılığı” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fonetik söz yaradıcılığına dair tədqiqtlar, söz yaradıcılığının əsas istiqamətləri, Məcazlaşma ilə sinkretik köklərin yaranması, Dil-diş keçidləri üzrə yaranan sözlərə aid keçidlər, Dodaq samitlərinin keçidi üzrə yaranan sözlər və.s haqqında danışılıb

Açıq dərsdə filologiya fakültəsinin dekanı professor Mübariz Yusifov, Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyev, fakültənin açıq dərslərini dinləmək üçün təhkim olunmuş Üzeyir müəllim, həmçinin azərbaycan dili  kafedrasının digər əməkdaşları iştirak etdilər