21 noyabr 2016 cı il tarixində Azərbaycan dili kafedrasının baş müəllimi Naibə Məmmədzadənin Filologiya fakültəsinin Filologiya ixtisasının 1-ci kursunda Dilçiliyə giriş fənnindən “Söz birləşmələri” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə söz birləşmələri, söz birləşmələrinin söz və cümlə ilə oxşar və fərqli cəhətləri, söz birləşmələrinin növləri və.s haqqında danışılıb.
Açıq dərsdə filologiya fakültəsinin dekanı professor Mübariz Yusifov, Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyev, fakültə tədris metodik şurasının sədri baş müəllim Nadir Kubişev, həmçinin Azərbaycan dili kafedrasının digər əməkdaşları iştirak etdilər.