Sintaksisdə sözlərin birləşməsi qaydalarından, söz birləşmələrindən, cümlə və onun növlərindən bəhs olundu. Sözlərin bir – biri ilə əlqaələnməsi nəticəsində söz birləşmələri və cümlələr əmələ gəlir ki, bunun nəticəsində də insan fikirləri maddi dil şəklinə düşür. Sintaksisdə söz leksik vahid kimi öyrənilmir, onun cümlədə daşıdığı vəzifələr, cümlə üzvü kimi işlənməsi nəzərdə tutulur. Odur ki, sisntaksisin əsas tədqiqat obyekti sözlərin birləşməsini, söz birləşmələrinin tərkibini, onların növlərini, cümlə ilə söz birləşməsinin fərqli və oxşar cəhətlərini, cümlə üzvlərini, cümlə və onun növlərini, cümlənin quruluçunu və s. öyrənməkdən ibarətdir. Məhz buna görə də sintaksisin vahidləri söz birləşmələri və cümlələrdir.