05. 12. 2017-ci il tarixində Azərbaycan dili kafedrasının baş müəllimi Mehriban Məmmədovanın terminoloji leksika fənnidən “Terminoloji lüğətlər və onların tərtibi prinsipləri” mövzusunda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kursunda açıq dərsi keçirilmişdir. Mühazirə formasında olan dərs müasir tələblərə uyğun, yeni metodda və yüksək səviyyədə təşkil edilmişdir. Dərsdə müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayddan istifadə etməklə maraqlı faktlar əyani şəkildə tələbələrin diqqətinə çatdırlımışdır. Müəllim dərsdə lüğətçilik tarixi, lüğətlərin növləri, lüğətlərin tərtibi prinsipləri haqqında məlumat verdikdən sonra terminoloji lüğətlər və onların tərtibi prinsiplərindən danışdı. Açıq dərsdə fakültənin dekanı, professor Mübariz Yusifov, fakültə tədris metodik şurasının sədri, baş müəllim Nadir Kıbuşev, fakültənin açıq dərslərini dinləmək üçün təhkim olunmuş dosent Üzeyir Əfəndiyev, Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyev və kafedranın digər əməkdaşları iştirak etmişlər.