[metaslider id=1581]05.12.2017-ci ildə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində “Azərbaycan ədəbiyyatında İslam həmrəyliyi və tolerantlıq” mövzusuna həsr olunmuş konfrans keçirildi. Konfansda Azərbaycan dili və Azərbaycan və dünya ədəbiyyatı kafedralarının professor -müəllim heyəti və fakültənin tələbələri iştirak etdilər. Konfransı giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, prof. Mübariz Yusifov qeyd etdi ki, bu konfransı təşkil etmək günümüzün tələbidir. Müasir dövrdə islam həmrəyliyinə ehtiyac vardır. İslam dini vəhdət, birlik, sevgi və sülh dinidir. Respublikamız İslam dünyasının həmrəyliyinə,vəhdətinə həmişə önəm vermişdir.
Azərbaycan dili kafedrasının baş müəllimi Aytən Əhmədova “Azərbaycanda İslam həmrəyliyi və tolerantlıq” mövzusunda çıxış edərək qeyd etdi ki,dünyanın müxtəlif xalqları tolerantlıqla bağlı Azərbaycan modelini öyrənirlər.Bir çox etnik azlıqların (kürdlər,talışlar,tatlar,dağ yəhudiləri, ləzgilər, avarlar, xınalıqlar, axıska türkləri) Azərbaycanda sülh əmin-amanlıq şəraitində yaşamasından və bunun Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dövlət siyasəti olduğunu qeyd etdi.
Sonra Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Qazıyev, baş müəllim Könül Məmmədova,dekan müavini, baş müəllim Nadir Kubişev mövzuya uyğun müxtəlif mövzularda çıxış etdilər.