06.12.2017 ci il tarixində Azərbaycan dili kafedrasıda təşkil edilən elmi seminarda dosent Aydın Nağdalıyevin “Reklamların və televiziya verlişlərinin dili” mövzusunda məruzəsi dinlənilmişdir. Həmin məruzədə reklamların tərtibatı üzrə yol verilən dil xətalarından və teliviziya verlişlərinin dilindəki nöqsanlardan ətraflı bəhs olunmuşdur. Məruzə ətrafında fakültənin dekanı, professor Mübariz Yusifov, kafedranın müdiri professor Telman Quliyev, dosent Xəlil Əliyev, dosent Gülçöhrə Mehrəliyeva, dosent Tahirə Quliyeva, dosent Gülrux Hüseyinova və dosent Gülarə Məlikova çıxış edərək mövzunun aktual olduğunu göstərmişlər. Qərara alınmışdır ki, bu mövzudakı çıxışlar və məruzələr məqalə şəklində mətbuatda dərc olunsun.