Hüseyin Cavidin sənət fəlsəfəsi

    24-25 oktyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində böyük dramaturq, görkəmli şair Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş “Hüseyn Cavidin sənət fəlsəfəsi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva iştirakçıları salamlayaraq Hüseyn Cavidin Azərbaycan mədəniyyətinin, tarixinin və bu gününün ayrılmaz parçası olduğunu, yaradıcılığında vaxtilə toxunduğu problemlərin yalnız bədii müstəvidə deyil, bu günkü  mənəvi və siyasi həyatımızda baş verən proseslərə də işıq saldığını bildirib. Rektor Hüseyn Cavidə həsr olunmuş tədbirlərin, konfransların  artıq  bir çox elm və yaradıcılıq müəssisələrində, məktəblərdə qeyd olunduğunu  vurğulayıb. Sonra AMEA-nın vitse prezidenti, Əməkdar elm xadimi, professor İsa Həbibbəyli və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor Rafael Hüseynov da öz növbəsində görkəmli şairin həyat və yaradıcılığı haqqında geniş məlumat veriblər.

   Konfransda Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşları –  dosent Afaq Yusifli, filologiya üzrə fəlsəfə doktoru Səba Namazova, baş müəllim Yeganə Hüseyinova, Azərbaycan dili kafedrasının baş müəllimi Aytən Əhmədova İştrak etmiş və məqalələri konfrans matrealları toplusuna daxil edilmişdir.