Məktəbin 7-ci sinif şagirdləri üçün nəzərdə tutulan dərsdə universitetin Təcrübə və karyera şöbəsinin müdir müavini Cabbar Qarayev , Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev həmçinin kafedranın və təhsil ocağının azərbaycan dili müəllimləri iştirak ediblər.
Mövzuda vətən həsrəti əsas götürülərək şagirdlərədə vətənpərvirlik hissini bununla yanaşı bu həsrətə son qoyacaq ogul və qızların yetişməsini təmin edəcək ideya aşılanıb. Sonra mövzu üzrə şagirdlərin yeni bilikləri mənimsəməsini yoxlamaq üçün sorğu keçirilib. Sorğuda fəal iştirak edən qruplara kafedra müdiri tərəfindən həvəsləndirici təşəkkürnamə paylanılıb.
Açıq dərs bitdikdən sonra müzakirələrə qoşulan ekspertlər bildiriblər ki, açıq dərs yeni təlim metodları (kurikulum) və tədris texnologiyaları vasitələri əsasında qurulub. Məktəb müəllimləri genişləndirilmiş auditoriya üçün nəzərdə tutulan bu cür nümunəvi dərslərin şagirdlərin praktiki dil bacarıqlarının inkişafına müsbət təsir göstərdiyini qeyd ediblər.