Türkiyə Respublıkasının İstanbul şəhərındə Bülənt Ecevit kültür mərkəzındə Yazıçılar Birliyinin təşkilatçılığı ilə ənənəvi ” IV Beynəlxalq Uşaq və gənclik ədəbiyyatı” simpozyumu keçirilmişdir. Sumpozyumda Gəncə Dövlət Universitetinin təmsilçisi Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aynur Şükürovanın Ağdəniz Universitetinin professoru Tülin Arsevənin rəhbərlik etdiyi Uşaq ədəbiyyatında şifahi xalq ədəbiyyatı süjetlərindən istifadə məsələlərini bölməsindəki çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. “L. N. Tolstoy yaradıcılığında ilk iqtibas və tərcümənin Azərbaycan uşaq nəsrinin təşəkkülünə təsiri” mövzusunda məruzənin müzakirəsində iştrak edən Atatürk Universitetinin dosenti Tacəddin Şimşək, Yüzüncü il Universitetinin dosentləri Rəşid Koç, Veysi Sevinçli, uşaq ədəbiyyatı yazarı Səhər keçə Tüker, simpozyumun təşkilat komitəsinin üzvü Gülay Sormageç, Bolqarıstan respublikası Şumnu mədəniyyət mərkəzinin qurucusu Nurtən rəmzi Aynur Şükürovanın ümumbəşəri dəyərlərə hörmət hissi aşılayan məruzəsini yüksək qiymətləndirərək, onun bu sahəyə gələcəkdə mühüm töhfələr verəcəyinə əmin olduqlarını ifadə etmişlər.