Kateqoriya Arxivləri: Xəbərlər

Azərbaycan dili kafedrasının baş müəllimi Naibə Məmmədzadənin açıq dərsi keçirilib

21 noyabr 2016 cı il tarixində Azərbaycan dili kafedrasının baş müəllimi Naibə Məmmədzadənin  Filologiya fakültəsinin Filologiya ixtisasının 1-ci kursunda Dilçiliyə giriş fənnindən “Söz birləşmələri” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə söz birləşmələri, söz birləşmələrinin söz və cümlə ilə oxşar və fərqli cəhətləri, söz birləşmələrinin növləri və.s haqqında danışılıb. Açıq dərsdə filologiya fakültəsinin dekanı professor Mübariz […]

Davamı

Azərbaycan dili kafedrasının dosenti Gülarə Məlikova ümumi dilçilik fənninin tədrisi zamanı

Müəllim sintaksis mövzusunda qeyd etdi ki, dilin əsas vəzifəsi insanlar arasında ünsiyyət vasitəsi, fikir mübadiləsi vasitəsi olmaqdır. Heç şübhəsiz, dilin bu ünsiyyət vəzifəsi yalnız leksik və morfoloji kateqoriyaların köməyi ilə həyata keçirilər bilməz. Dilin ünsiyyət vasitəsi olmaq vəzifəsini yerinə yetirməsi üçün sözlərin cümlədə birləşib, nisbi bitmiş fikir ifadə etməsi lazımdır. Sintaksisdə sözlərin birləşməsi qaydalarından, söz […]

Davamı

17 noyabr “Dirçəliş günü” münasibətiylə keçirilmiş elmi-praktik konfrans

17 noyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin IV tədris binasında-Filologiya fakültəsində “17 noyabr Milli Dirçəliş Günü” münasibətilə elmi-praktik konfrans keçirilmişdir. Filologiya fakültəsinin dekanı prof. Mübariz Yusifov giriş sözündə qeyd etdi ki, 17 noyabr dövlətimiz və xalqımız tərəfindən “Milli Dirçəliş Günü” kimi qeyd edilir. 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 […]

Davamı

“XX əsrin 20-90-cı illərində terminologiyanın inkişafı” mövzusunda açıq dərs

İştirak etdilər: Fakültə dekanı,  professor Mübariz Yusifov, kafedra müdiri, professor Telman Quliyev, fakültə tədris  metodik  şurasının  sədri   b/m.Nadir Kubuşev, Universitet monitorinq komissiyasının üzvü dos. Gülarə Məlikova və kafedranın əməkdaşları iştirak etdilər.  G ÜN D Ə L İ K    M Ə S Ə L Ə: Filologiya fakültəsinin Filologiya ixtisasının III  kursunda  “Terminoloji leksika” fənnindən dos. əvəzi, […]

Davamı

“Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş“ İnsan və Zaman” elmi konfransı

“Azərbaycan Dövlət Pedaqoji Universitetində xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik  yubileyinə həsr olunmuş “ İnsan və Zaman” mövzusunda Respublika elmi konfransı  keçirilmişdir. Konfransın açılışında ADPU-nun rektoru AMEA-nın muxbir uzvu prof.Yusif Məmmədov,Filologiya fakultəsinin dekanı prof. Bulutxan Xəlilov “Dədə Qorqud” ETL mudiri prof.Ramazan Qafarlı və başqa  alim professorlar çıxış etmişdir. Konfransda Azərbaycan dilinin tədrisi kafedrasının baş muəllimi […]

Davamı

Dosent Gülarə Məlikovanın ictimaiyyət üçün açıq dərsi keçirilmişdir

Əsas binanın akt zalında Azərbaycan dili kafedrasının dosenti Məlikova Gülarə Aqaid qızının Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş ictimaiyyət üçün açıq dərsi keçirilmişdir. “Cümlə üzvlərinin aktual üzvlənməsi. Sadə cümlənin sintaksisi” mövzusuna həsr edilmiş açıq dərsə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Fəxrəddin Məmmədov, Humanitar məsələlər üzrə prorektor dosent Asif Cavadov, kütləvi informasiya […]

Davamı

İntellektual yarış

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə İqtisadiyyat və İdarəetmə fakültəsində kurslar arasında intelektual yarışmanın çempionatı olmuşdur. Çempionatda 7 ixtisas üzrə hər birində 5 nəfər olmaqla 7 komanda iştirak etmişdir. Komandalararası sual-cavab yarışmanın çempionatında Universitetin komandaları arasında suallara düzgün cavab vermiş qaliblərin adları açıqlandı. I yerə “Kəpəz” komandası layiq görülmüşdür.

Davamı