İştirak etdilər: Fakültə dekanı, professor Mübariz Yusifov, kafedra müdiri, professor Telman Quliyev, fakültə tədris metodik şurasının sədri b/m.Nadir Kubuşev, Universitet monitorinq komissiyasının üzvü dos. Gülarə Məlikova və kafedranın əməkdaşları iştirak etdilər.
G ÜN D Ə L İ K M Ə S Ə L Ə:
Filologiya fakültəsinin Filologiya ixtisasının III kursunda “Terminoloji leksika” fənnindən dos. əvəzi, f.f.d. Həsənova Aidə Ədib qızının “XX əsrin 20-90-cı illərində terminologiyanın inkişafı” (mühazirə) mövzusunda açıq dərsinin müzakirəsi.
E Ş İ D İ L D İ :
İclasın sədri fakültə dekanı prof. M. İ.Yusifov qeyd etdi ki, Azərbaycan dili kafedrasının dosent əvəzi, f.f.d. Həsənova Aidə Ədib qızının Filologiya fakültəsinin Filologiya ixtisasının III kursunda “Terminoloji leksika”(S/f) fənnindən “XX əsrin 20-90-cı illərində terminologiyanın inkişafı” (mühazirə) mövzusunda açıq dərsi dinlənilmişdir.
Dərs yaxşı təşkil olunmuşdur. Müəllim müasir təlim metodlarından səmərəli istifadə etdi. Mühazirə zamanı müəllim XX əsrin 20-90-cı illərində Azərbaycanda terminologiyasında gedən proseslərə dair geniş məlumat verdi. Dərs tələb olunan bütün təlimatlara uyğun aparıldı. Müəllim çox aydın dillə səlis şəkildə mühazirəni şərh etdi. Ümumilikdə, dərs yüksək səviyyədə keçdi.
Ç I X I Ş L A R:
Kafedra müdiri T. Z. Quliyev, dos.Solmaz Cəfərova, dos.Gülçohrə Mehrəliyeva, dos.Aydın Nağdalıyev, dos. Gülarə Məlikova, baş müəllimlər Səmanə Zülqədərova, Mehriban Məmmədova, Fatma Saralova, fakültə tədris metodik şurasının sədri b/m.Nadir Kubuşev və başqaları dərsin gedişində, şərhlərdə gətirilən nümunələrin dərsin keyfiyyətini və əyaniliyini daha da artırdığını qeyd etdilər. Açıq dərsdə izahatlar, misallar, nümunələr müəllimin hazırladığı slaydlar əsasında nümayiş olundu.
Filologiya fakültəsinin Filologiya ixtisasının III kursunda “Terminoloji leksika” fənnindən dos. əvəzi, f.f.d. Həsənova Aidə Ədib qızının “XX əsrin 20-90-cı illərində terminologiyanın inkişafı” (mühazirə) mövzusunda keçdiyi açıq dərsi 32 (otuz iki) balla (5) əla qiymətləndirildi.