Müəllif Arxivləri: Filoloq Admin

Müəllimlərimiz Qarabağ Təhsil Forumunda

GDU-nun Azərbaycan dili kafedrasının bir qrup müəllimi Şuşa – Füzuli arasında möhtəşəm bir məkanda keçirilən tədbirdə iştirak etdilər. Sonda hər kəs sertifikat ilə təltif olundu. Tədbirdən əvvəl isə iştirakçılar Şuşa qalası, Natavan bulağı, Cıdır düzü, Vaqifin türbəsi, Yuxarı Gövhər ağa məscidi və s. məkanları ziyarət etdilər. Mədəniyyət paxtaxtımız və qürur yerimiz olan Şuşa şəhərində gəzinti […]

Davamı

Filologiya fakültəsinin 09.07.2024-cü il tarixli Elmi Şurası keçirilmişdir

GÜNDƏLİK MƏSƏLƏ Buraxılış kurs tələbələrinə bakalavr ixtisas dərəcəsi verilməsi haqqında 2024/2025-ci tədris ili üçün iş planlarının təsdiqi Fakültəyə bakalavriat və magistratura səviyyələrinin əyani və qiyabi təhsil formasında ixtisaslar üzrə 2024-2025-ci tədris ili üçün tələbə qəbulu plan yerləri üzrə sifarişlərin müəyyənləşdirilməsi Azərbaycan və dünya ədəbiyyatı kafedrasında boş olan dosent yerinə seçki (iddiaçı dos. N. Hacıyeva) Cari […]

Davamı

Filologiya fakültəsində «Bəşəriyyəti uçuruma aparan bəla” adlı tədbir

  Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində  «Bəşəriyyəti uçuruma aparan bəla” adlı tədbir keçirilib.      Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.      Narkomaniyanın fəsadlarına həsr olunan videoçarx nümayiş etdirilib.       Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq  bəşəriyyəti böyük […]

Davamı

28 May -Müstəqillik Günümüz mübarək!

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. 1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası “İstiqlaliyyət Bəyannaməsi” ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi […]

Davamı

Azərbaycan dili və ədəbiyyatı ixtisasında (IV kurs) pedaqoji internatura davam edir…

16 fevral tarixindən etibarən Filologiya fakültəsinin tələbələri Gəncə şəhərində yerləşən orta  məktəblərdə pedaqoji təcrübə keçirlər. Təcrübəyə ixtisaslı müəllimlər rəhbərlik edirlər. Artıq dinləmə həftəsi başa çatmış və təcrübənin aktiv mərhələsi başlamışdır. Təcrübəçilər rəhbər müəllimlərin tərtib etdiyi cədvəllər üzrə sınaq dərsləri keçir, hər bir dərs metodistlər tərəfindən təhlil edilir, irad və tövsiyələr bildirilir və müvafiq ballarla qiymətləndirilir. […]

Davamı

Filologiya ( Azərbaycan dili və ədəbiyyatı) ixtisasında (IV kurs) tədris- istehsalat təcrübəsi davam edir

Fakültəmizin Filologiya IV kurs ( Azərbaycan dili və ədəbiyyatı) ixtisasında tədris- istehsalat təcrübəsi davam edir. 20. 05. 2024- cü il tarixdə tələbələr hazırladıqları növbəti referat mövzularını və slaydları təqdim etdilər. Tələbələrin iştirakı ilə referat mövzularının müzakirəsi keçirildi.

Davamı