
Naxçıvan Müəllimlər İnstitutunda 30 may 2025-ci il tarixində Gəncə Dövlət Universiteti PHŞ Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aytən Arzulla qızı Əhmədova “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ümumi təhsilin aktual problemləri” mövzusunda IV Respublika Elmi-praktik konfransda iştirak etmişdir. Naxçıvan Müəllimlər İnstitutunda təşkil olunmuş bu konfrans həm canlı, həm də onlayn formatında idi. Azərbaycan dili kafedrasının dosenti Aytən Əhmədova bu konfransa onlayn qatılaraq “İnnovativ təlimin xüsusiyyətləri” mövzusunda məruzə etmişdir.