ÖLKƏMİZDƏ QURBAN BAYRAMI QEYD OLUNUR

6-7 iyun 2025-ci il tatixində İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixi “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
Mərasimlərdə qoyun,keçi, inək, dana,qoç və ya dəvə kəsilir. Qurbandan bir hissə pay göndərilir, digər hissələr isə ehtiyyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir,qurban kəsən özü də pay götürə bilər. Allah edilən duaları, kəsilən qurbanları qəbul etsin. Qurban bayramınız mübarək!