“ AZƏRBAYCAN DİLÇİLİYİ XXI YÜZİLLİKDƏ: REALLIQLAR VƏ PERSPEKTİVLƏR” ADLI RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANSI KEÇİRİLDİ

26 may 2025-ci il tarixində Azərbaycan Elm və Təhsil Nazirliyinin dəstəyi və ADPU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının təşkilatçılığı ilə “Azərbaycan dilçiliyi XXI yüzillikdə: reallıqlar və perspektivlər”adlı Respublika elmi-praktik Konfransı keçirildi. Konfransın açılışında ADPU-nun Beynəlxalq işlər üzrə prorektoru professor Mahirə Hüseynova , AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri professor Sayalı Sadıqova, ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Həcər Hüseynova və s. alimlər çıxış etdi. Bu konfransda Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aytən Arzulla qızı Əhmədova da iştirak edib. O, konfransın “Nəzəri dilçilik problemləri” bölməsində “Azərbaycan dilində zaman məzmunlu qoşmalar” adlı məqalə ilə çıxış etmişdir.