




23 may 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının təşkilatçılığı ilə Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş “Aləmdə səsim var mənim…” adlı Respublika elmi konfransı keçirildi. Konfransda
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun rektoru professor Cəfər Cəfərov, ADPU- nun Beynəlxalq Əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, ADPU-nun Şamaxı filialının direktoru dosentTünzalə Yusifova çıxış edərək, Seyid Əzim Şirvani həyat və yaradıcılığından danışdılar. Konfransın plenar iclası Seyid Əzim Şirvaninin qəzəllərindən ibarət kompozisiya ilə davam etdirildi.
Konfransda Azərbaycan dili kafedrasının dosenti Aytən Arzulla qızı Əhmədova da “Hikmət Ziyanın “Qarabağda” şeirində onomastik vahidlər” adlı məqalə ilə çıxış etmişdir.