Namazova Səba Azad qızı

BİOQRAFİK MƏLUMAT

  • 1980-ci il sentyabr ayının 20-də Samux rayonu Nəbiağalı qəsəbəsində anadan olmuşdur.
  • 1987-1996-cı illərdə Samux rayonu Nəbiağalı qəsəbə əsas məktəbində, 1996-1998-ci illərdə Samux rayonu Nəbiağalı qəsəbə orta məktəbində təhsilini əla (fərqlənmə şəhadətnaməsi və attestatı ilə) başa vurmuşdur.
  • 2002-ci ildə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsini (Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə) fərqlənmə diplomu ilə bitirmişdir.
  • 2004-cü ildə Gəncə Dövlət Universitetinin filologiya fakültəsində təhsilin magistratura səviyyəsini Xarici ölkə xalqları ədəbiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib, magistr dərəcəsi almışdır.
  • 2008-ci ildən 2012-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəlsəfə doktoru proqramı əsasında dissertantı olmuşdur.
  • 2015-ci ildə “Molla Nəsrəddin” jurnalı və Gəncə ədəbi mühiti” mövzusunda dissertasiyasını müdafiə edib, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcə almışdır.
  • 2017-ci ildən Gəncə Dövlət Universitetinin elmlər doktoru proqramı əsasında dissertantıdır.

ELMİ-PEDAQOJİ  FƏALİYYƏTİ

  • 2005-ci ilin fevralından Gəncə Dövlət Universitetinin Dünya ədəbiyyatı və mədəniyyətşünaslıq kafedrasında elmi-pedaqoji fəaliyyətə başlamışdır.
  • 2004-2013-cü illərdə Samux şəhər M.Ə.Sabir adına 1 saylı məktəb-liseydə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmişdir.
  • 2008-ci ildə Azərbaycan Müəllimlərinin XIII qurultayının nümayəndəsi olmuşdur.
  • 2010-2018-ci illərdə Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.
  • Gəncə Dövlət Universiteti Elmi Şurasının 4 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan və dünya ədəbiyyatı kafedrasında dosent əvəzi vəzifəsinə seçilmişdir.
  • 2011-2015-ci illərdə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində akademik məsləhətçi (tyutor), Tərbiyə işləri üzrə dekan müavini vəzifələrində çalışmışdır.
  • 2018-ci ildə yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə və səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif olunmuşdur.
  • Filologiya fakültəsinin Elmi Şurasıının üzvüdür.
  • Universitet Tələbə Elmi Cəmiyyətinin sədridir.
  • 100-dən artıq məqalə və tezis, 11 fənn proqramı (8-i qrifli), 1 metodik vəsait, bir monoqrafiya və bir tərtib kitabının müəllifidir.
  • 60-dan artıq Beynəlxalq və respublika səviyyəli simpozium, konfrans və forumlarda iştirak etmiş, dəfələrlə sertifikat, təşəkkürnamə ilə təltif edilmişdir.

TƏDQİQAT SAHƏSİ

  • Yeni dövr Azərbaycan ədəbiyyatı, mətbuat tarixi və publisistika məsələləri, kulturologiya

ELMİ KİTAB, MONOQRAFİYA VƏ FƏNN PROQRAMLARI

  1. Fyodor Mixayloviç Dostoyevskinin yaradıcılığı. Metodik vəsait. Gəncə, 2011Əli Razi Şamçızadə “Molla Nəsrəddin”də. Əsərlərindən nümunələr. Bakı: Elm və təhsil, 2017
  2. “Molla Nəsrəddin” jurnalı və Gəncə ədəbi mühiti. Monoqrafiya. Bakı: Elm və təhsil, 2018
  3. Ədəbiyyat nəzəriyyəsi. (Magistratura səviyyəsi üçün). Fənn proqramı. Gəncə, 2011
  4. Mədəniyyətşünaslıq və genderə giriş. (Bakalavriat səviyyəsi üçün). Fənn proqramı. Gəncə, 2011
  5. Dünya ədəbiyyatı (Erkən orta əsrlər, intibah dövrü və XVII əsr xarici ölkələr ədəbiyyatı üzrə). (Bakalavriat səviyyəsi üçün). Fənn proqramı. Bakı, 2014
  6. Dünya ədəbiyyatı (Bakalavriat səviyyəsi üçün). Fənn proqramı. Bakı, 2014
  7. Azərbaycan ədəbiyyatı tarixi (Yeni və ən yeni dövr Azərbaycan ədəbiyyatı). (Bakalavriat səviyyəsi üçün). ). Fənn proqramı. Bakı: Elm və təhsil, 2017
  8. Ölkə ədəbiyyatı tarixi (Yeni dövr Azərbaycan ədəbiyyatı). (Bakalavriat səviyyəsi üçün). Fənn proqramı. Bakı: Elm və təhsil, 2017
  9. Azərbaycan dramaturgiyası. (Bakalavriat səviyyəsi üçün). Fənn proqramı. Bakı: Elm və təhsil, 2017
  10. Mirzə Ələkbər Sabir və məktəbi. (Bakalavriat səviyyəsi üçün). Fənn proqramı. Bakı: Elm və təhsil, 2017
  11. XX əsr Azərbaycan ədəbiyyatı. (Magistratura səviyyəsi üçün). Fənn proqramı. 2018
  12. Filologiyanın müasir problemləri. (Magistratura səviyyəsi üçün). Fənn proqramı. 2018
  13. Ədəbiyyatın tədrisi metodikasının tarixi və metodologiyası. (Magistratura səviyyəsi üçün). Fənn proqramı. 2018