




4 noyabr 2025-ci il tarixində fakültənin humanitar işlər üzrə dekan müavini filologiya üzrə fəlsəfə doktoru Mətanət Mahmudovanın təşkilatçılığı ilə 8 Noyabr-Zəfər günü ilə bağlı tədbir keçirildi.
Tədbirdə IV kurs tələbələri “Marş irəli”, “Qələbəni qazanmaq” mahnısı ilə Səkinə İbrahimova, “Vətən”, “Sənə Zəfər yaraşır, Azərbaycan” şeiri ilə Amin Həsənov, saz musiqi alətində Tofiq Hüseynzadə, II kurs tələbəsi
“Azərbaycan sənə olan sevgim bəxtiyardır” mahnısı ilə Təhminə Kamalova, I kurs tələbəsi “Yaşa mənim xalqım” mahnısı ilə Aylin Bayramova çıxış etdilər.
Universitetin humanitar məsələlər üzrə dosent Gülsüm Fətəliyeva da bayram tədbirində iştirak edirdi.Tədbir tələbələrin rəqsləri ilə yekunlaşdı.