” İNGİLTƏRƏDƏ REALİZM. ÇARİZ DİKKENS ” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

3 noyabr 2025-ci il tarixdə Azərbaycan dili və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Həmid Camal oğlu Abbasovun Azərbaycan dili və ədəbiyyatı ixtisasının II kursunda “Dünya ədəbiyyatı-3” fənnindən “İngiltərədə realizm.Çariz Dikkens” mövzusunda açıq dərsi keçirildi.
Dərs müəllim tərəfindən təlimata uyğun şəkildə təşkil olunmuş, tədris sənədləri (fənn sillabusu, fənn proqramı, əyani vəsaitlər və s.) qaydalara uyğun tərtib edilmişdi.Dərsdə mövzuya hazırlıq, tədris materiallarına və vəsaitlərinə yanaşma dürüst şəkildə idi. Müəllim İngiltərədə realizmin formalaşma prosesini və əlamətdar cəhətlərini, Çariz Dikkens yaradıcılığının xarakterik xüsusiyyətlərini tələbələrə əhatəli şəkildə mənimsətməyə nail oldu.