Filologiya fakültəsinin II kurs tələbəsi Məmmədova Nigarın Ulu Öndərə yazdığı “Bizim xilaskarımız” şeiri rəğbətlə qarşılandı

15. 04.2023 -cü il tarixdə Gəncə Dövlət Universitetində Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş bədii  yaradıcılıq müsabiqə-festivalı keçirildi. Ali  təhsil müəssisələrinin tələbələri arasında keçirilən müsabiqədə Filologiya fakültəsinin II kurs tələbəsi Məmmədova Nigar  özünün  yazdığı “Bizim xilaskarımız”adlı şeirlə çıxış etdi. Ulu Öndərə həsr olunmuş şeir münsiflərin və iştirakçıların rəğbəti ilə qarşılandı. Şeirdən 1 bir parça təqdim edirik:

O zülmətli tarixdən qayıtmaģı bacardıq.
Yıxılmadıq, əksinə, ucaldıqca ucaldıq.

Göydə ulu Tanrıdan, yerdə səndən güc aldıq.
Bütöv Azərbaycanı yaratmağı bacardıq.
Elə ən böyük sərvətimiz Heydər Əliyevdir.
Elə ən böyük qüdrətimiz Heydər Əliyevdir.