21 dekabrda 2018-ci il tarixdə Filologiya fakültəsinin tələbələri valideyn məhəbbətindən və nəvazişindən məhrum olan, bu səbəbdən hər zaman cəmiyyətin diqqət və qayğısına böyük ehtiyac duyan kimsəsiz uşaqların məskunlaşdığı Gəncə Uşaq Evinə baş çəkib. Görüş Filologiya fakültəsi tələbələrinin təşkilatçılığı ilə baş tutub. Tələbələr qayğıya ehtiyacı olan uşaqlara müxtəlif geyimlər, yeni il münasibəti ilə hədiyyələr təqdim ediblər.
Tələbələrimizin açdıqları bayram süfrəsi və hazıladıqları əyləncə proqramı uşaq evinin balaca sakinlərinin sevincinə səbəb olub.