Filologiya fakültəsinin tələbəsi Azərbaycan tələbələrinin II qurultayında iştirak edib.

21.12.2018-ci il tarixdə  Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilib. Qurultayda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ali məktəb rektorları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak ediblər. Tədbirin sonunda Azərbaycan tələbələrinin II qurultayının qətnaməsi qəbul edilib.

Sevindirici haldır ki, Filologiya fakültəsinin II kurs tələbəsi Lamiyə Verdiyeva da bu qurultayda iştirak etmişdir. Qurultaydan sonra Lamiyə Verdiyeva öz təəssüratlarını tələbə yoldaşları ilə bölüşmüşdür.