Filologiya fakültəsinin əməkdaşları Əmin Abidin 120 illiyi münasibətilə “Azərbaycan folklorunun ilk nəzəriyyəçilərindən biri – Əmin Abid” adlı Elmi Konfransda

18.12.2018-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun təşkilatçılığı ilə Əmin Abidin 120 illiyi münasibətilə “Azərbaycan folklorunun ilk nəzəriyyəçilərindən biri – Əmin Abid” adlı Elmi Konfrans keçirilmişdir. Maraqlı məruzələrin dinlənildiyi konfransda Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, Afaq Yusifli, dosent əvəzi, filologiya üzrə fəlsəfə doktoru Səba Namazova, kafedranın baş müəllimləri Yeganə Hüseynova və Aytən Muşkiyeva, Filologiya fakültəsinin tələbəsi Günel Bayramova uğurla çıxış edərək Təşəkkür Bəlgəsinə layiq görülmüşlər.