Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşlarının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” adlı 3-cü Beynəlxalq elmi konfransda uğurlu iştirakı

21-22 dekabr 2018-ci il tarixlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Tarix Qurumu və Dünya Türk Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan  Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş  “Dünya azərbaycanlıları: tarix və müasirlik” adlı 3-cü Beynəlxalq elmi konfrans keçirilmişdir. Olduqca maraqlı keçən, müxtəlif bölmələr üzrə təşkil olunmuş mötəbər Beynəlxalq elmi konfransda Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosent əvəzi, filologiya üzrə fəlsəfə doktoru Səba Namazova, baş müəllim Aytən Muşkiyeva “Azərbaycan  Xalq Cümhuriyyəti dövrünün ədəbiyyatında milli oyanış, azadlıq duyğularının bədii əksi”, həmçinin “Bəkir Çobanzadə və ədəbiyyat tarixçiliyi problemləri” adlı məruzələrlə uğurla çıxış etmiş, Sertifikatlarla təltif olunmuşlar.