Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətiylə tədbir keçirilib

26 dekabr 2018 ci il tarixdə filologiya fakültəsində dünya azərbaycanlılarının həmrəylik günü münasibətiylə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən humanitar məsələlər üzrə dekan müavini  Nadir Kubışev bildirib ki, 31 dekabr tarixi ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Onun sözlərinə görə, ölkədə bütün sahələrdə olduğu kimi, diaspor quruculuğunda mühüm uğurlara imza atılıb: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Ümummilli lider Heydər Əliyev tərəfindən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi Azərbaycanın dünya dövlətləri sırasında söz sahibinə çevrilməsinə, dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına təkan verib”.

Fakültə dekanı, professor Mübariz Yusifov vurğulayıb ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün xaricdə yaşayan soydaşlarımızın mənəvi ehtiyacına çevrilib. Həmin günün ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynadığını deyən rektor diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin bu müdrik siyasəti hər bir soydaşımıza başucalığı gətirir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün soydaşlarımız tərəfindən hər il təntənə ilə qeyd olunur. Ulu Öndər tərəfindən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi xaricdəki soydaşlarımız arasında milli birliyin daha da güclənməsinə təkan verib

Azərbaycan və düny ədəbiyyatı kafedrasının dossenti Qivami Qazıyev qeyd edib ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Xalqımız, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-də milli həmrəylik gününü qeyd edir.

Sonda fakültənin dekanı professor Mübariz Yusifov tədbir iştirakçılarını qarşıdan gələn bayram münasibəti ilə təbrik etmiş və bir daha bu bayramın xalqımızın tarixində xüsusi rol oynadığını vurğulaqmışdır.