Hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günükimi qeyd olunur. BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər ildekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeydolunması barədə qətnamə qəbul edib. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç birmaddi qazanca əsaslanmayan və cəmiyyətin rifahınındaha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosialfəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarənkönüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib. Dünya əhalisinin 14,3 faizi qeyri-rəsmi şəkildə təşkilolunan könüllü layihələrdə iştirak edir. Ümumdünya Könüllülər Bəyannaməsində deyilir ki, könüllülər mükafat gözləmədən öz istedadlarını, vaxtlarınıvə enerjilərini fərdi və kollektiv fəaliyyətə sərf etməkhüququna malikdirlər. Universitetimizdə Tələbə Krediti üzrə könüllü tələbələrimiz göstərdiyi könüllü xidmətə görə Fond tərəfindən təltif ediliblər. Fakültə könüllüsü Məmmədova Aysu Elnur qızı da təltif olunanalar sırasında yer alıb. Təbrik edirik.