TƏDRİS-İSTEHSALAT TƏCRÜBƏSİNDƏ REFERAT MÖVZULARININ MÜZAKİRƏSİ KEÇİRİLDİ

Bu gün Filologiya fakültəsi Filologiya ( Azərbaycan dili və ədəbiyyatı) ixtisası IV kursda tədris- istehsalat təcrübəsində rəhbər müəllim dos. Məlikova Gülarə Aqaid qızının rəhbərliyi ilə referat mövzularının müzakirəsi keçirildi. Müzakirədə tələbələr fəal iştirak etdilər. Gülarə müəllimə tələbələrin təcrübə müddətində görəcəkləri işlər, yazacaqları referat mövzuları, eləcə də, sənəd və hesabatların hazırlanması qaydaları haqqında da məlumat verdi.