Bu gün Filologiya və Xarici dillər fakültələri birgə 31 Mart Soyqırım gününə həsr olunan tədbir keçirdilər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir anlıq sükutla yad edildi. Tədbirdə ilk söz Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyevaya verildi.Gülsüm müəllim öz çıxışında ermənilərin xalqımıza qarşı necə qəddarcasına həyata keçirdikləri soyqırımdan danışdı. 31 Mart Soyqırımı xalqımızın qan yaddaşı olduğunu bildirdi.
Daha sonra Rus dili kafedrasının dosenti Sevda Əliyeva, Filologiya fakültəsinin humanitar məsələlər üzrə dekan müavini b.m.,f.ü.f.d.Mətanət Mahmudova öz çıxışlarında xalqımızın 31 Mart Soyqırımını unutmadığını və hər il soyqırım qurbanlarının xatirəsini böyük ehtiramla yad edildiyi bildirdilər. Hər iki fakültə tələbələri bədii kompazisiya ilə çıxış edib, şeirlər söylədilər.